MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Simon Verner qeyb olub » filmin nümayişi (2010)

Kan Festivalının 70-ci buraxılışı uğurla başa çatmışdır.

AFİ xüsusi olaraq Kan Festivalı üçün, müsabiqə çərçivəsində mükafat qazanan, nominasiya olunan və ya sadəcə festival sayəsində tanınan filmlərin iyun iyul aylarında nümayişini keçirəcək. Nümayişdə Fransız kinematoqrafiyasının nümunəvi filmlərindən başlayaraq ən yeni filmlər təqdim ediləcək.
Bu münasibətlə AFİ-nun kino klubu həftəlik proqramını sizin nəzərinizə çatdırır.

4. 1 iyul şənbə günü saat 18:00-da
Fabrice Gobert – nin « Simon Verner qeyb olub » filmi (2010)
Film fransızca və fransızca alt yazıları ilə nümayiş etdiriləcək.
Kitabxana və kursların üzvləri üçün giriş sərbəstdir. 
Digər tamaşaçılar üçün sərbəst ödəniş tətbiq edilir.

Xülasə :

1992-ci ilin mart ayında bir qrup yeniyetmə yığınacaq gecəsi yaxınlıqdakı meşədə meyid aşkarlıyırlar. 15 gün sonra Leon Blum liseyinin şagirdi Simon Werner dərsə gəlmir və qonşu sinifdə onun qan izləri tapılır.Dostları narahat olmağa başlayır. Bir neçə gün sonra digər bir şagird də qeyb olur. Belə hadisələr daimi hal almağa başlayır.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow