MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Çığıran insan » filmin nümayişi (2010)

Kan Festivalının 70-ci buraxılışı uğurla başa çatmışdır.

AFİ xüsusi olaraq Kan Festivalı üçün, müsabiqə çərçivəsində mükafat qazanan, nominasiya olunan və ya sadəcə festival sayəsində tanınan filmlərin iyun iyul aylarında nümayişini keçirəcək. Nümayişdə Fransız kinematoqrafiyasının nümunəvi filmlərindən başlayaraq ən yeni filmlər təqdim ediləcək.

Bu münasibətlə AFİ-nun kino klubu həftəlik proqramını sizin nəzərinizə çatdırır.

24 iyun Şənbə günü, saat 18:00-da 

Mahamat-Saleh Haroun – nun « Çığıran insan » filmi (2010)

Film fransız və ərəb dillərində, fransız alt yazıları ilə nümayiş etdiriləcək.

Kitabxana və kursların üzvləri üçün giriş sərbəstdir. 
Digər tamaşaçılar üçün sərbəst ödəniş tətbiq edilir.

Xülasə :
Ncamena da bahalı otellərin birində üzgüçülük müəllimi vəzifəsində çalışan, altmış yaşlı Adam həmin otelin çinli iş adamları tərəfindən alınmasından sonra öz işini oğlu Abdelə təhvil verir. İctimai vəziyyətin ölkədə ağır olması və vətəndaş müharibəsinin başlanması Adamı narahat edir. Hökümət ölkədə vəziyyətin stabilləşməsi üçün vətəndaşlara müraciət edərək onlardan pul tələb edir və ya gənc vətəndaşları döyüşməyə çağırır. Beləliklə, maliyyə cəhətdən əziyyət çəkən Adam əlində olan yeganə oğlunu qurban verməlidir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow