Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini xanım Sujata Şarma IFA-da
Azərbaycan Fransız İnstitutunun hər ay təşkil etdiyi “Fransızdilli diplomatlarla görüşlər” silsiləsi çərçivəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini xanım Sujata Şarmanı qəbul etməkdən məmnun olduq.
İştirakçıların böyük marağı ilə keçən görüş zamanı xanım Sharma mükəmməl fransız dilində diplomatik fəaliyyəti, Azərbaycandakı gündəlik həyatı və mədəniyyətlərarası münasibətlər haqqında təcrübə və təəssüratlarını bölüşdü. Öz şəxsi təcrübəsindən maraqlı və konkret nümunələr gətirərək, diplomat həyatına yaxından nəzər salmaq imkanı yaratdı.
Görüşün sonunda xanım Şarma gəncləri və fransızdilli insanları bu cür tədbirlərdə iştirak etməyə, yeni təcrübələr kəşf etməyə və fürsətləri dəyərləndirməkdən çəkinməməyə təşviq etdi. Bu, dil öyrənməyin yalnız ünsiyyət deyil, həm də yeni insanlarla tanış olmaq və dünyagörüşünü genişləndirmək imkanı olduğunu xatırladan gözəl bir mesaj idi!
Xanım Şarmaya dəvətimizi qəbul etdiyi üçün, bütün iştirakçılara isə fəal iştirakları, sualları və səmimi fikir mübadiləsi üçün ürəkdən təşəkkür edirik.
İFA-da növbəti fransızdilli görüşlərdə görüşənədək!

