İFA müəllimlərinin yeni tədris ilinə hazırlığı!
Müəllimlərimiz layiqli istirahətdən sonra yeni tədris ilinə hazırlaşmaq üçün yenidən bir araya gəldilər! Onlar 21 sentyabrdan etibarən sizə fransız dilini öyrətmək üçün əvvəlkindən də böyük həvəslə dərslərə başlayırlar.
İclas Fransa səfirliyinin yeni təyin edilmiş mədəniyyət və əməkdaşlıq üzrə müşaviri cənab Draman KOSTERin iştirakı ilə baş tutmuşdur.
Görüş zamanı payız sessiyası ilə bağlı əsas məsələlər müzakirə edildi və 2027-ci ildə həyata keçiriləcək layihələr haqqında fikir mübadiləsi aparıldı.
Bəs siz, İFA-da dərslərə qayıtmağa hazırsınız?
Qeydiyyat hələ də davam edir! Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

