DİPLOM VƏ SERTİFİKATLAR

« L’art en classe de FLE » təliminin sonu!

7–9 sentyabr tarixlərində Azərbaycan Fransız İnstitutunda fransız dili müəllimləri üçün « L’art en classe de FLE » adlı pedaqoji təlim keçirildi. Təlim İFA-nın müəllimi Parvana Khanizade tərəfindən hazırlanıb və keçirilib.

Üç gün ərzində iştirakçılar incəsənətdən fransız dilinin tədrisində bir vasitə kimi istifadə, yeni yanaşmalar və pedaqoji təcrübələr ətrafında fikir mübadiləsi apardılar.

Təlim bu gün iştirakçılara iştirak sertifikatlarının təqdim olunması ilə başa çatdı.

Bütün iştirakçılara fəal iştirakları, həvəsləri və səmimi fikir mübadilələri üçün təşəkkür edirik!

Xüsusi təşəkkürümüz isə təlimi hazırlayan və həyata keçirən Parvana Khanizadeyədir.

İştirakçılara pedaqoji fəaliyyətlərində uğurlar və dərslərində incəsənətlə bağlı çoxlu maraqlı kəşflər arzulayırıq! 

Ünvanımız

Ünvan:
Füzuli küç., 67
AZ1014 Bakı şəh., Azərbaycan

İş saatı : I-V günlər, 10.00-19.00
VI gün 10.00-17.00

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow