« Fransız dili dərslərində incəsənət » adlı təlimin ilk günü!
7-9 sentyabr tarixlərində Fransız İnstitutu “Fransız dili xarici dil kimi (FLE) dərslərində incəsənət” mövzusunda pedaqoji təlim təşkil edir. Təlim Azərbaycan Dillər Universitetinin və Fransız İnstitutunun Fransız dili müəllimi Pərvanə Xanızadə tərəfindən hazırlanıb və keçirilir. 11 fransız dili müəlliminin iştirak etdiyi bu təlimin məqsədi müəllimlərə yeni tədris alətləri və yeni iş istiqamətləri təklif etməkdir.
Qrup çox həvəslidir və xoş əhval-ruhiyyə hökm sürür!





