DİPLOM VƏ SERTİFİKATLAR

Animasiya filmləri yaradırsınız? 5 günlük təlim üçün İstanbula gedin!

Black Sea Animation Workshop 2026 – müraciət üçün son tarix uzadıldı!

Animasiya sahəsində inkişaf mərhələsində olan qısametrajlı film layihəniz var? Bu fürsəti qaçırmayın!

2026-cı ildə keçiriləcək Black Sea Animation Workshop-un builki dəvət olunan ölkəsi Azərbaycandır.

İstanbulda keçiriləcək 5 günlük workshop çərçivəsində seçilmiş iştirakçılar ssenari, bədii istiqamət, prodakşn və beynəlxalq koproduksiya imkanları üzrə peşəkarların dəstəyindən yararlanacaqlar.

2D, 3D, stop-motion, ənənəvi animasiya və digər texnikalar qəbul olunur.

Yeni son müraciət tarixi: 10 sentyabr 2026
İstanbul, Türkiyə
İşçi dil: ingilis dili
İştirak ödənişsizdir.

Seçilmiş layihələr üçün Annecy Beynəlxalq Animasiya Film Festivalının MIFA – Beynəlxalq Animasiya Filmləri Bazarı, Fransada rezidensiyalar və digər peşəkar tədbirlərlə bağlı əlavə imkanlar və mükafatlar da nəzərdə tutulub.

Ətraflı məlumat və müraciət üçün:
Black Sea Animation Workshop – müraciət səhifəsi

Azərbaycanın gənc animasiya yaradıcılarına uğurlar!

blacksea1blacksea2

Ünvanımız

Ünvan:
Füzuli küç., 67
AZ1014 Bakı şəh., Azərbaycan

İş saatı : I-V günlər, 10.00-19.00
VI gün 10.00-17.00

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow