DİPLOM VƏ SERTİFİKATLAR

Village Français 2026 iştirakçısı Fatimə Əliyeva üçün Nitsada iki həftəlik təlim! 

Azərbaycanın müxtəlif bölgələrindən 80-dən çox fransız dili müəllimini bir araya gətirən Village Français 2026 təlimi çərçivəsində keçirilən püşkatmanın qalibi Fatimə Əliyeva Fransada iki həftəlik, Azərbaycan Fransız İnstitutu tərəfindən tam maliyyələşdirilən təlim proqramında iştirak etmək imkanı qazandı.

Avqustun əvvəlində Fatimə iki həftəlik təlim, yeni təcrübələr və maraqlı görüşlər üçün Nitsada yerləşən Francophonia -ya yollandı.

O, fransız dilinin autentik tədrisi, dil bacarıqlarının qiymətləndirilməsi, FLE dərslərində süni intellektdən istifadə və sinif dinamikası kimi mövzulara həsr olunmuş müxtəlif modullarda iştirak etdi.
Təlimlərlə yanaşı, bu səfər Fatiməyə Francophonia komandası ilə birlikdə dörd şəhəri kəşf etmək və müxtəlif ölkələrdən gəlmiş müəllimlərlə Azərbaycan mədəniyyətini bölüşmək imkanı da verdi.

«Belə bir təcrübə yaşadığım üçün özümü çox şanslı hiss edirəm. Hər kəs bu təcrübəni həyatında ən azı bir dəfə yaşamalıdır.»

Fatiməyə bu gözəl fürsəti təqdim edə bildiyimiz üçün çox şadıq və bizə göndərdiyi gözəl fotolar və səmimi təəssüratları üçün ona təşəkkür edirik.

Fatiməni bir daha təbrik edir, pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Ünvanımız

Ünvan:
Füzuli küç., 67
AZ1014 Bakı şəh., Azərbaycan

İş saatı : I-V günlər, 10.00-19.00
VI gün 10.00-17.00

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow