DİPLOM VƏ SERTİFİKATLAR

Village français 2026 nın yekunu

2006-cı ildən etibarən hər il olduğu kimi, Azərbaycan Fransız İnstitutu Fransa Səfirliyinin dəstəyi ilə Azərbaycanın fransız dili müəllimləri üçün peşəkar ixtisasartırma təlimi təşkil edir. Bu il təlim 29 iyun – 3 iyul tarixlərində keçirildi.

Beş gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Şamaxı, Şabran, Ağdaş və Kösələr kəndindən gəlmiş 70-dən çox fransız dili müəllimi UFAZ-da bir araya gələrək Fransadan xüsusi olaraq dəvət olunmuş dörd təlimçinin hazırladığı təlim modullarında iştirak etdilər.

Bu il müəllimlər qrammatika, incəsənətin və müasir fransız mahnılarının dərsdə istifadəsi sahələrində bilik və bacarıqlarını inkişaf etdirdilər. Bundan əlavə, müasir Fransa cəmiyyətini daha yaxından tanımağa həsr olunmuş xüsusi modul təşkil olundu. Təlim proqramı çərçivəsində universitetin böyük amfiteatrında mədəni və pedaqoji fəaliyyətlər də həyata keçirildi.

Son gün təlimin yekun qiymətləndirilməsinə, həmçinin qalibinə Nitsada bütün xərcləri qarşılanan 15 günlük təlim qazandıran püşkatmaya həsr olundu. Sertifikatların təqdimetmə mərasimi Fransanın Azərbaycandakı səfiri xanım Sophie Lagoutte, UFAZ-ın direktoru cənab Vazeh Asgarov və TotalEnergies şirkətinin nümayəndəsi cənab Anar Rasulovun iştirakı ilə baş tutdu.

Azərbaycan Fransız İnstitutu bütün tərəfdaşlarına – Francophonia Universitetinə, Beynəlxalq Fransız Araşdırmaları Mərkəzinə (CIEF), UFAZ-a, TotalEnergies qrupuna və Azərbaycan Fransız İnstitutunun bütün kollektivinə səmimi təşəkkürünü bildirir.

Ünvanımız

Ünvan:
Füzuli küç., 67
AZ1014 Bakı şəh., Azərbaycan

İş saatı : I-V günlər, 10.00-19.00
VI gün 10.00-17.00

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow