Almaniyanın Bakıdakı Səfirliyinin nümayəndəsi Benedict Goebel – İFA-nın danışıq klubunun fəxri qonağı
Danışıq klubu Almaniyanın Bakıdakı səfirliyinin birinci katibi, siyasi məsələlər üzrə məsul şəxsi və mətbuat attaşesi Benedict Goebeli qəbul etməkdən məmnunluq duydu.
Mükəmməl fransız dilində çıxış edən cənab Goebel iştirakçılar qarşısında ölkəsini və onun xüsusiyyətlərini daha yaxından tanıtmaq üçün maraqlı təqdimat etdi. Bu görüş iştirakçılar üçün həm Almaniya haqqında daha çox məlumat əldə etmək, həm də fransızca ünsiyyət qurmaq baxımından gözəl fürsət oldu.
Dəvətimizi qəbul etdiyinə görə cənab birinci katibə təşəkkür edirik.
Növbəti fransızdilli diplomatla görüş üçün sizi sentyabr ayında yenidən gözləyirik.

