“Glyadyelov. Focus on Infinity” (2024) sənədli filminin nümayişi
Azərbaycan Fransız İnstitutu, Ukrayna Mərkəzinin və «Дивись українське!» assosiasiyasının dəstəyi ilə Kseniya Kravtsovanın rejissorluğu ilə çəkilmiş “Glyadyelov. Focus on Infinity” (2024) sənədli filminin nümayişinə ev sahibliyi edib.
Film fotoqraf Oleksandr Qlyadyelovun həyat və yaradıcılıq yolunu onun obyektivinə düşmüş insanların baxışı ilə təqdim edir, eyni zamanda Ukraynada və onun hüdudlarından kənarda müharibənin reallıqlarını dərinliklə araşdırır.
Tədbir zamanı Ukraynada son bombardmanların qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.
Qonaqlar arasında Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut və Ukrayna Səfirliyinin müşaviri cənab Emir Rüstəmov da iştirak ediblər.
Bu çətin günlərdə düşüncələrimiz qurbanlar və onların yaxınları ilədir. Ukrayna xalqı ilə həmrəyliyimizi bir daha ifadə edirik.

