France Excellence 2026–2027 təqaüdü: Müraciət qəbulu açıq elan olunur !

France Excellence 2026–2027 təqaüd proqramı üçün müraciətlər 25 aprel tarixinədək açıqdır!
Gələn il Fransada təhsil alacaq azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuş bu 2 semestrlik təqaüd aşağıdakıları əhatə edir :
- Aylıq 900 € təqaüd;
- Tələbə sosial sığortası (BCS təqaüdü);
- Uzunmüddətli tələbə vizası;
- CROUS tələbə yataqxanalarında yerləşmə üçün dəstək (sərfəli qiymətlərlə!)
Müraciət üçün tələb olunan sənədlər :
- Pasportun surəti;
- CV (tərcümeyi-hal);
- Motivasiya məktubu;
- Sonuncu diplomunuzun surəti və akademik nəticələrin çıxarışının notarial təsdiqli tərcüməsi;
- Fransız və ya ingilis dili üzrə B2 səviyyəsini təsdiq edən sertifikat (təhsil dilindən asılı olaraq);
- Qəbul və ya ilkin qəbul məktubu (mövcuddursa).
PDF formatında aşağıdakı ünvanlara:
- thibault.monbailly@diplomatie.gouv.fr
- bakou@campusfrance.org
France Excellence 2026–2027 təqaüdü üzrə seçim təqvimi :
- Müraciətlərin açılışı : 30 mart 2026
- Müraciətlərin bağlanışı : 25 aprel 2026
- Müraciətlərin qiymətləndirilməsi və müsahibələrə dəvət : 2026-cı il mayın əvvəli
- Nəticələrin elan olunması : may 2026
Uğurlar!