DİPLOM VƏ SERTİFİKATLAR

8 mart Beynəlxalq qadın hüquqları Günü : ALICE GUY-IN NÜMAYİŞİ

Azərbaycan Fransız İnstitutu bazar günü, 8 Mart tarixində Beynəlxalq qadın hüquqları Gününü münasibətilə, Kinematoqrafçılar İttifaqı @kino_ittifaq ilə əməkdaşlıq çərçivəsində, ilk qadın kinorejissor Alice Guya (1873 - 1968) bir kino axşamı həsr etdi.

Kino tarixinin ilk qadın rejissoru, lakin çoxdan unudulmuş Alice Guy, 1890-cı illərdən etibarən kino sənətinin ən böyük novatorlarından biri idi.

Proqramda 13 qısametrajlı filmdən ibarət retrospektiv, ixtiraçı və cəsarətli bir əsəri ortaya qoyur və bu gün yenidən kəşf edilərək, bildirmək istəyir ki, kinonun başlanğıcında qadınlar sadəcə olaraq iştirak etməklə kifayətlənməyiblər. Onlar həmçinin icad edirdilər, idarə edirdilər və təcrübədən keçirirdilər.

Bu, ilk əsəri və onunla birlikdə kino tarixinin vacib bir səhifəsini yenidən kəşf etməyə gələn böyük tamaşaçı kütləsi qarşısında olan bir nümayiş idi.

Bu ilhamverici retrospektivin nümayişi üçün tərəfdaşımız olan Kinematoqrafçılar Ittifaqına dərin təşəkkür edirik. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow