DİPLOM VƏ SERTİFİKATLAR

Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdləri İFA-da

Dünən Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin bir sıra fransız dilini öyrənən şagirdi və onların müəllimləri Səhhət Abbasov və Günel İsmiyeva Fransız İnstitutunda olublar.

Şagirdlər İFA-nın kitabxanası ilə tanış olublar, kitab fondunu kəşf etdikdən sonra isə hazırda məktəbdə işlədikləri ətraf mühit mövzusuna dair fransız və ya Fransa ilə birgə istehsal olunan iki qısametraflı filmə baxıblar və virtual reallıq VR eynəkləri ilə Orta əsr Parisinə səyahət ediblər.

İFA gənc frankofonlar üçün bir görüş yeridir, burada onlar mütaliə edə, Fransada təhsil haqqında məlumat toplaya və ya sadəcə dostlarla bir UNO oyunu oynaya bilərlər.

Növbəti tarixlərdə yeni sinifləri qarşılamaqdan sevinc hissi duyarıq !

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow