DİPLOM VƏ SERTİFİKATLAR

Mərakeş Səfiri İFA-nın danışıq klubunun xüsusi qonağı qismində iştirak edib !

Ənənəvi hal almış və öncəki görüşlərdə artıq Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqutu, sonradan Belçikanın səfiri cənab Jülyən dö Freponu qarşılamış İFA-nın danışıq klubu bu dəfə böyük sevinc hissilə Mərakeş krallığının Azərbaycandakı səfiri cənab Adil Embarşı xüsusi qonaq qismində qarşılayıb. Bu görüş iştirakçılara Mərakəşi Azərbaycanda ən yüksək pillədə təmsil edən bir şəxs vasitəsilə tanımaq, onun mədəniyyətini, tarixini və özünəməxsus xüsusiyyətlərini kəşf etmək üçün bir fürsət oldu. Cənab səfirin enerjisi və istiqanlılığı söhbətə rəng qatırdı və görüş sual-cavab formatında xoş bir ortamda baş tutdu. 

Fransız İnstitutu cənab səfirə öz dərin hörmətini bildirir və dəvəti qəbul etdiyi üçün təşəkkür edir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow