“Nifrət” (Le Mépris) filminin (1963) nümayişi, 28 dekabr bazar günü
Kino tarixinin 130 illiyi və Beynəlxalq Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycandakı Fransız İnstitutu birlikdə Jan-Lük Qodarın 1963-cü ildə çəkilmiş “Nifrət” (Le Mépris) filminin xüsusi nümayişini və bayram tədbirini təşkil edib.
Yeni Dalğa (Nouvelle Vague) cərəyanının ən mühüm əsərlərindən biri hesab olunan film, kino sənəti, sevgi, yadlaşma və yaradıcılıq böhranı mövzularını dərin fəlsəfi və estetik dillə araşdırır. Brijit Bardo və Mişel Pikkolinin rol aldığı “Nifrət”, bu gün də dünya kino tarixinin ən təsirli filmlərindən biri sayılır.






