İFA-da Açıq Qapı Gününün uğuru
6 dekabr şənbə günü saat 10.00-dan 16.00-dək 120-dən çox ziyarətçi İFA-dakı Açıq Qapı Günündə iştirak etdi. Gün əsnasında müxtəlif dərnəklər iştirakçılara təklif olundu və bir neçə şanslı iştirakçı müəllimlərimiz tərəfindən keçirilən ödənişsiz fransız dili dərslərində iştirak etdi və həmçinin iki əsl aşpaz tərəfindən hazırlanan breton kreplərini dadmaq imkanı əldə etdilər. İştirakçıların əksəriyyəti üçün bu görüş fransız dili və mədəniyyəti ilə ilk tanışlıq oldu. Çoxsaylı qonaqlarla yanaşı İFA-ya Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut da təşrif buyurdu. Fransaya bu kiçik səyahəti,ümid edirik, bizimlə olan hər kəs bəyəndi və fürsətdən istifadə hər bir iştirakçıya öz minnətdarlığımızı bildiririk !








