Danışıq klubu Belçika Səfirini qarşıladı !
Ötən ay Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqutun İFA-nın danışıq klubuna qatılması böyük marağa səbəb oldu. Bu günkü danışıq klubunda isə iştirakçılar böyük sevinc və şərəf hissi ilə Belçika Krallığının Azərbaycandakı səfiri Jülyən dö Freponu qarşıladılar.
Cənab Freponun öz ölkəsinə dair etdiyi təqdimat və şəxsi təcrübəsi haqda bölüşdükləri bir çox frankofonu bir araya gətirdi. Xoş və mülayim bir ortamda keçirilən danışıq klubunda suallar bəzən asan bəzən isə texniki məqamlara toxundu.
Bu, iştirakçılar üçün fransızca danışaraq Belçikanı, onun mədəniyyətini və özünə məxsus xüsusiyyətlərini tanımaq üçün əla bir fürsət oldu !
Fransız İnstitutu Cənab Səfiri dəvətini qəbul etdiyi üçün təşəkkür edir !




