DİPLOM VƏ SERTİFİKATLAR

Journée Portes Ouvertes, samedi 6 décembre de 10h00 à 16h00

Açıq Qapı Günü – Fransız İnstitutu
6 dekabr şənbə
10.00 – 16.00

Azərbaycanda fransız İnstitutu Sizi və ailənizi dərnəklərlə, kəşflərlə… və dadlı təamlarla zəngin olacaq bir tədbirə dəvət edir ! Ailənizlə və ya dostlarınızla zəngin və tamamilə ödənişsiz bir gün yaşamaq üçün Bizə qoşulun  :

-    Böyüklər və uşaqlar üçün sınaq fransız dili dərsləri (öncədən qeydiyyat aparılacaq)
-    Fransız dilində və Frankofoniyaya aid QUİZZlər (hədiyyəli)
-    Azərbaycanca və fransızca uşaqlar üçün oxu saatı
-    Études en France Fransada təhsil platformasının təqdimatı və CV tərtibatı üzrə dərnək
-    Virtual reallıq eynəkləri ilə dərnək 
-    Gözəl şəkil guşəsi
-    Komikslərdən qadın hüquqlarına dair sərgi

Günün proqramı 

-    10.00 : qapılar açılır : Krep və çay saatı !
-    11.00 : Quizz saatı
-    13–14 : Böyüklər üçün (14 yaşdan) fransız dili sınaq dərsi
-    13.30 : Oxu saatı fransızca və azərbaycanca 
-    14–15 : Uşaqlar üçün (6-9 yaş) fransız dili sınaq dərsi
-    14.15 : Études en France Fransada təhsil platformasının təqdimatı
-    15.00 : Quizz saatı
-    15.30 : Fransız dili dərslərinin bir sessiyasını qazanmaq üçün püşkatma (yalnız yeni öyrəncilər üçün)

Giriş sərbəstdir 
Fransız dilini fərqli, xoş bir mühitdə kəşf etmək üçün hər birinizi gözləyirik !

jop 2025

jop20251

jop 202512

jop20252025

jop202520251

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow