DİPLOM VƏ SERTİFİKATLAR

Danışıq klubu Fransanın Azərbaycandakı səfirini qəbul etdi!

İFA-ya ilk səfərində Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut @sophie_lagoutte burada hər şənbə keçirilən danışıq klubunda iştirak etmək arzusunu bildirmişdi.

Dedi və vədini yerinə yetirdi !


Bu şənbə xanım səfir öz gəlişi ilə bizə və danışıq dərsinə qoşulan böyük sayda frankofona şərəf hissi yaşatdı. Özünü təqdim etdikdən sonra xanım səfir iştirakçıların suallarını cavablandırdı, peşəsi barədə danışdı və Azərbaycan haqqında ilk təəssüratlarını paylaşdı. Ardınca səmimi müzakirələr baş tutdu və xanım Laqut iştirakçıların fransız dilində ifadə səviyyəsini yüksək qiymətləndirdi. İştirakçılar üçün bu qeyri-adi görüş insanlara yaxın və həmişə diqqətli olan xanım səfirlə səmimi atmosferdə tanış olmaq üçün gözəl bir fürsət oldu.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow