ÉTUDES EN FRANCE : VİZA MÜRACİƏTİNDƏN ƏVVƏLKİ PROSEDUR
« Études en France » platformasında qeydiyyat
Tələbə vizası üçün müraciət etməzdən əvvəl bu mərhələ məcburidir.
ARTIQ « ETUDES EN FRANCE » PLATFORMASINDA HESABINIZ VARSA
Təhsil müəssisəsindən qəbul cavabı aldıqdan sonra « Mən qəbul almışam / Je suis accepté(-e) » bölməsini seçərək yekun qərarınızı sistemdə qeyd edin. Daha sonra elektron ilkin qeydiyyat sənədinizi (attestation de préinscription) yükləyin və viza müraciəti üçün saxlayın.
Əgər heç bir təhsil müəssisəsindən müsbət cavab almamısınızsa, prosedur bu mərhələdə dayanır.
Campus France Azərbaycan ofisinin qəbul və ya rədd qərarlarına təsir etmək səlahiyyəti yoxdur.
ƏGƏR FRANSADAKI ALİ TƏHSİL MÜƏSSİSƏSİNƏ « ETUDES EN FRANCE » PLATFORMASINDAN KƏNAR QƏBUL ALMISINIZSA
Viza öncəsi prosedura başlamaq üçün siz mütləq Etudes en France platformasında qeydiyyatdan keçməlisiniz.
« Mən qəbul almışam / Je suis accepté(-e) » bölməsini seçin və açılan menyudan “« Espace Campus France Azerbaïdjan » seçimini edin.
Daha sonra vəziyyətinizə uyğun olan variantı seçin:
o Mən xaricdə təhsil almıram / mübadilə tələbəsi deyiləm / ikili-diplom proqramında iştirak etmirəm
o Mən xaricdə təhsil alıram / mübadilə tələbəsiyəm / ikili-diplom proqramında iştirak edirəm
Fərdi məlumatların daxil edilməsi üçün tələb olunan sənədlər :
® Şəxsiyyəti təsdiq edən sənəd (pasport və/və ya yaşayış icazəsi)
® Son zamanlara aid rəsmi formatda fotoşəkil
® İşlək e-poçt ünvanı (təsdiq məktubu və dosye nömrəsini almaq üçün)
® Bir səhifəlik akademik CV
® Son 3 ilin diplomları və qiymət cədvəlləri
® Ali təhsil müəssisəsindən ilkin qəbul və ya qeydiyyat sənədi
Onlayn müraciət təqdim edildikdən sonra Campus France Azərbaycan komandası sənədlərinizi yoxlayır.
Bu prosedur üçün 75 AZN məbləğində xidmət haqqı ödənilməlidir.
Bank köçürməsini etdikdən sonra sistemdə əməliyyatın detalları (ödəniş məqsədi, bankın adı və s.) daxil edilməlidir ki, Campus France komandası ödənişi təsdiqləsin.
Ödəniş Azərbaycan Fransız İnstitutunun bank hesabına köçürülməlidir.
Müraciət edən, daha sonra əyani və ya onlayn müsahibəyə dəvət olunur.
Bu mərhələdə namizəd təhsil layihəsini şifahi şəkildə təqdim edir, motivasiyasını və seçimlərinin səbəblərini izah edir.
Bu səbəbdən əvvəlcədən bütün sənədləri toplamaq və hazırlaşmaq vacibdir.
Müsahibəsindən sonra Études en France platformasında avtomatik yaranan elektron ilkin qeydiyyat sənədini (attestation de préinscription) yükləyin və France-Visas saytında viza müraciətinə başlayın.
France-Visas saytında qeydiyyatı bitirdikdən sonra CAPAGO (Fransa vizaları üçün Azərbaycanda rəsmi qəbul mərkəzi) saytına daxil olaraq viza sənədlərinizi təqdim etmək üçün görüş tarixi təyin edin.
Campus France Azərbaycan viza proseduru üzrə məsulliyyət daşımır.
Viza məsələlərinə yalnız Fransa Konsulluğu qərar verir.
Diqqət! Təhsil müəssisəsindən qəbul almaq avtomatik olaraq viza verilməyi demək deyil.
Viza müraciət proseduru ilə bağlı izahlı video