FRANSADA TƏHSİL

PROSEDURLAR

« ETUDES EN FRANCE » PLATFORMASI 

études en france

Études en France platforması tam rəqəmsal sistemdir və Fransada ali təhsil müəssisələrinə qəbul prosesinin bütün mərhələlərini – qeydiyyatdan vizaya qədər – idarə etməyə imkan verir. Sadəcə şəxsi elektron hesab yaratmaq və sistemin göstərişlərinə əməl etmək kifayətdir.

Burada qeydiyyat müraciətlərinizi yerləşdirə, Campus France Azərbaycan ilə ünsiyyətə keçə və qəbul olmaq istədiyiniz ali təhsil müəssisələri ilə əlaqə saxlaya biləcəksiniz.

Fransada klassik təhsil proqramlarına müraciət edən namizədlər üçün

« Mən namizədəm » müraciət prosesi : Fransada ali təhsil müəssisəsinə qəbul olmaq istəyən, Azərbaycan vətəndaşları və ya Azərbaycanda yaşayan (Avropa İqtisadi Zonası ölkələrindən olmayan) xarici vətəndaşlara aiddir.

 

Fransada təhsil almaq üçün ali təhsil müəssisəsinə qəbul olmuş tələbələr

« Mən qəbul olunmuşam » prosesi isə Fransada təhsil almaq üçün viza müraciəti edən, Azərbaycan vətəndaşları və ya Azərbaycanda yaşayan (Avropa İqtisadi Zonası ölkələrindən olmayan) xarici vətəndaşlara aiddir.

 

ÉTUDES EN FRANCE 2026 PROSEDURUNUN TƏQVİMİ

təqvim

 

 

« CAMPUSART » PLATFORMASI

campus art

Campus France tərəfindən, Ali Təhsil və Elmi Tədqiqat, Avropa və Xarici İşlər, Mədəniyyət Nazirlikləri eləcə də ANdÉA (Fransa Ali İncəsənət Məktəbləri Milli Assosiasiyası) tərəfindən dəstəklənən CampusArt şəbəkəsi, incəsənət, dizayn, moda, musiqi, 3D və digər yaradıcılıq sahələrində tədris proqramları təklif edən 150-dən çox dövlət və ya özəl ali təhsil müəssisəsini bir araya gətirir. Namizədlər yalnız bir elektron kabinet vasitəsilə bu şəbəkəyə daxil olan bütün ali təhsil müəssisələrinə müraciət edə və müraciətlərinin gedişatını qəbul cavabına qədər izləyə bilərlər.

Qeydiyyat 2026-cı il 28 fevral tarixinədək platforma üzərindən açıqdır.

 

« PARCOURSUP » PLATFORMASI

parcoursup bakou

Uyğun namizədlər

Fransız orta təhsil diplomunu (baccalauréat) əldə etmiş, ali təhsilin birinci ilinə (1-ci kursa) qəbul olmaq istəyən namizədlər.

Xarici orta təhsil diplomunu əldə etmiş və ya onun alınması mərhələsində olan, fransız dilində tədris olunan, universitetdənkənar təhsil proqramlarına qəbul olmaq istəyən namizədlər.

Ali məktəblərə qəbul üçün hazırlıq sinifləri - CPGE – Orta təhsil diplomundan sonra müraciət oluna bilən və iki illik hazırlıq kursu formasında keçirilən proqramdır. Bu kurslar tələbələri öndəgedən ali məktəblərin qəbul imtahanlarına hazırlaşdırır.

Ali Texniki Diplom - BTS – Avropa təhsil sistemində LMD (Bakalavriat, Magistratura, Doktorantura) çərçivəsinə daxil olan dövlət diplomudur. İki akademik il ərzində kollec və ya texniki təhsil verən özəl məktəblərdə, bəzi hallarda isə distant təhsil yolu ilə əldə edilə bilər.

 

DFMS- DFMSA PROSEDURU

 

dfms bakou

DFMS (Diplôme de Formation Médicale Spécialisée – İxtisaslaşmış Tibb Təlimi Diplomu) və DFMSA (Diplôme de Formation Médicale Spécialisée Approfondie – Xüsusi İxtisaslaşmış Tibb Təlimi Diplomu) proqramları, xarici ölkələrdən olan həkim və ya əczaçıların (öz ölkəsində və ya yaşadığı ölkədə tibb və ya əczaçılıq ixtisası üzrə fəaliyyətə icazə verən diplomu olan şəxslərin) Fransada ixtisasartırma təhsili almalarına imkan yaradır.

Bu diplomlar Fransada həkimlik fəaliyyətinə icazə vermir, yəni DFMS və DFMSA proqramlarını bitirmək tibb praktikasına çıxış hüququ qazandırmır.

Müraciətlərin qəbul olunub-olunmamasına yalnız Strasburq Universiteti nəzarət edir və qərar vermək səlahiyyəti məhz bu universitetə məxsusdur.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow