Campus France Azərbaycan “Study in Europe” sərgisində: mübadilələr və kəşflərlə zəngin iki gün !
25 və 26 oktyabr tarixlərində Campus France Azərbaycan komandası Bakıda Hilton otelində keçirilən “Study in Europe” sərgisində iştirak etməkdən məmnunluq duydu. İki gün ərzində çoxsaylı tələbələr və onların valideynləri Fransada təhsil imkanları barədə məlumat almaq üçün bizim stendimizə yaxınlaşdılar.
Stendimizlə maraqlananlar komandamızla birbaşa ünsiyyət quraraq təhsil planlarını müzakirə etdilər, Fransada ali təhsilin müxtəlifliyi, fransız və ingilis dillərində tədris olunan proqramlar, mövcud təqaüd imkanları, eləcə də müraciət qaydaları haqqında məlumatlandılar.
Bundan əlavə, ümumi təqdimat zamanı Fransada təhsilin üstünlükləri — akademik mükəmməllik, beynəlxalq açılış, dinamik mədəni həyat və diplomların dünya səviyyəsində tanınması barədə ətraflı izah olundu.
Bu tədbirdə Elm və Təhsil Nazirinin Müavini Cənab Həsən Həsənli, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Səfiri Xanım Marijana Kujundžić və Fransanın Azərbaycandakı Səfiri Xanım Sofi Laqutun iştirakı bizim üçün böyük şərəf idi.
Avropa İttifaqı Nümayəndəliyinə, gənc səfirlər və könüllülərə göstərdikləri dəstək və təşkilati işlərə görə, həmçinin bütün iştirakçılara səmimi maraqları və enerjiləri üçün dərin təşəkkürümüzü bildiririk!
Avropada və Fransada təhsillə bağlı bu iki gözəl görüş və mübadilə günlərindən foto xatirələrə nəzər salın!






