Campus France Azerbaïdjan au salon « Study in Europe » – 25 & 26 octobre 2025
Campus France Azərbaycan komandası, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən 25 və 26 oktyabr 2025-ci il tarixlərində saat 10:00-dan 18:00-dək “Hilton” otelində keçiriləcək « Study in Europe » tələbə sərgisində iştirak edəcək.
Sərgidə Campus France komandası Fransada ali təhsili ilə maraqlanan tələbələrə təhsil istiqamətləri, müraciət prosesi, təqaüdlər, viza və konsulluq prosedurları, tələbə həyatı və digər mövzular üzrə məlumat və məsləhət verəcək.
Əsas məqam :
Fransada təhsil haqqında ümumi təqdimat və ardından iştirakçılarla sual-cavab sessiyası keçiriləcək :
25 oktyabr, şənbə günü, saat 14:30
“Lazurit” zalında
Azərbaycan-Fransız Universitetinin (UFAZ) stendi də sərgi müddətində ziyarətçilərin suallarını cavablandırmaq üçün açıq olacaq.
Bu sərgi, azərbaycanlı tələbələr üçün Avropada, xüsusilə Fransada təhsil imkanları ilə yaxından tanış olmaq və təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyətə keçmək üçün əla fürsətdir.
Sizi sərgidə görməkdən və Fransada təhsil layihənizi hazırlamaq prosesində sizə dəstək olmaqdan məmnun olarıq.
İştirak ödənişsizdir, lakin qeydiyyat zəruridir: https://eu4azerbaijan.eu/europe-education-fair/
