INSP-də uzunmüddətli təlim dövrü: 2026-cı il sessiyası üçün namizədlik elanı
Fransa Səfirliyi məmnuniyyətlə elan edir ki, Fransanın Milli İctimai Xidmət İnstitutu (INSP) uzunmüddətli təlimlərdə iştirakçıların seçimi üçün illik prosedurlara start verir. Bu təlimlər xarici ölkələrin dövlət qulluqçuları və dövlət sektorunda çalışanlar üçün açıqdır.
Fransız dilini yüksək səviyyədə bilməsi tələb olunan namizədlərin qeydiyyatı 21 noyabr 2025-ci il tarixinədək Milli İctimai Xidmət İnstitutunun (INSP) internet saytında (aşağıdakı linklər üzərindən) aparılır.
Uzunmüddətli təlim dövrləri aşağıdakılardır:
- Beynəlxalq uzunmüddətli dövr (CİL), (müddəti: 13 ay), 2026-ci ilin avqustun axırından 2027-ci ilin sentyabrına qədər ;
- Beynəlxalq təkmilləşdirmə dövrü təlimləri, (müddəti: 8 ay), 2026-ci ilin noyabr ayının əvvəlindən 2027-cı ilin iyun ayına qədər ;
INSP-nin bu proqramı (müddəti: 13 ay) "Beynəlxalq uzunmüddətli dövr" adı ilə dövlət idarəçiliyi üzrə beynəlxalq diplomla təsdiqlənir və paralel olaraq və zərurət yarandıqda Magistratura dərəcəsi (Siyasi elmlər və ya dövlət siyasəti üzrə) ilə tamamlana bilər.
INSP-nin Beynəlxalq təkmilləşdirmə dövrü (CİP) təlimləri (müddəti: 8 ay) xarici dövlət qurumlarının yüksək vəzifə tutan, inkişaf və təsir potensialına malik təcrübəli rəhbər işçilərinə Fransada dövlət idarəçiliyinin bütün aspektləri ilə tanış olmaq imkanı verir.
Seçim proseduru Fransa Səfirliyi vasitəsilə həyata keçirilir.