Üç Azərbaycanlı gənc mütəxəssis Milli Ictimai Xidmət İnstitutunun (INSP) qısa beynəlxalq proqramında iştirak edib.
Sentyabrın 22-dən 26-dək Parisdə INSP (Milli Ictimai Xidmət İnstitutu) tərəfindən təşkil olunan “Liderlik və İdarəetmə: Dövlət administrasiyalarının transformasiyası” təlimində üç azərbaycanlı gənc mütəxəssis iştirak edib. Menecerlərin şəxslərarası və əməliyyat bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan bu beynəlxalq proqramda dünyanın bir çox ölkəsindən 33 nəfər iştirak edib. Həm dövlət sektorunda çalışan, həm də özəl təşkilatlardan olan azərbaycanlı nümayəndələrin iştirakı Campus France vasitəsilə Fransa səfirliyinin təqaüdü sayəsində mümkün olub.
