Namizədlik müraciəti - Serial Bridges Instanbul
Séries Mania İnstitutu, Türkiyə Fransız İnstitutu və M2 Film Lab hər il birgə təşkil etdikləri “SERIAL BRIDGES – ISTANBUL” seminarının ikinci buraxılışı üçün ərizə qəbulu elan edir.
Bu proqramın məqsədi iştirakçılara beynəlxalq televiziya serialları bazarı haqqında dərin və əhatəli anlayış verməkdən, xüsusilə Avropada birgə istehsal və maliyyələşdirmə imkanlarından necə daha yaxşı faydalanmağın yollarını təqdim etməkdən ibarətdir. Bundan əlavə, mentorlar öz layihələrini inkişaf etdirməkdə iştirakçılara peşəkar məsləhətlər verərək onları müşayiət edəcəklər.
Kimlər faydalana bilər? İnkişaf mərhələsində televiziya serialı layihəsi üzərində işləyən, Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Ermənistandan olan ssenarist/prodüser cütlükləri.
İstanbul, Türkiyə
1-5 dekabr 2025-ci il
Müraciətlər 16 sentyabr 2025-ci il tarixinədək açıqdır
https://seriesmania.com/institute/en/program/serial-bridges-istanbul/
