Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı : Kler Atertonun masterklassı
Sizi fransız montajçı, rejissor Şantal Akermanın uzunmüddətli əməkdaşı Kler Atertonun masterklassına dəvət edirik!
Kler Aterton müasir kinoya böyük təsir göstərmiş görkəmli montajçıdır. Karyerası 1980-ci illərin əvvəllərində Simona de Bovuar Audiovizual Mərkəzində başlayıb, burada feminist rejissorlar Karol Rusopulyus və Delfin Seyriq ilə əməkdaşlıq edib. 1984-cü ildə Şantal Akermanla tanışlığı isə 30 ildən artıq davam edən əməkdaşlığın əsasını qoyub.
2019-cu ildə o, Lokarno kinofestivalında “Vision Award Ticinomoda” mükafatını alan ilk qadın montajçı olub. Bu mükafat onun montaj vasitəsilə müasir kino dilinin formalaşmasındakı rolunu yüksək səviyyədə tanımaq demək idi.
Montaj işindən başqa, Aterton pedaqoji fəaliyyətlə də məşğul olur. O, Parisdə “La Fémis” və San Sebastyanda “Elías Querejeta Zine Eskola” kimi təhsil müəssisələrində mütəmadi ustad dərsləri və seminarlar keçir.
Tədbir Azərbaycanda Fransız İnstitutunun (@institutfrancaisazerbaidjan ) dəstəyilə baş tutacaq.

