Luizianada fransız dili
Birləşmiş ştatların Luiziana ştatında fransız dilinin « français cadien » (kadyen fransız dili) adlandırıldığını bilirdiniz ?
Sonuncu rəqəmlərə əsasən (2023) Birləşmiş Ştatların cənubunda 120 000 nəfər bu dildə danışır.
XVII -ci əsrdə fransız müstəmləkə gücləri sonradan isə Akadiya yarımadasının sakinləri Kanadadan qovularaq Luizianaya « Nouvelle-France » adlanan əraziyə köç ediblər. Onlar burada öz dilləri, mahnıları və mədəniyyələri ilə məskən salıblar.
Fransa ərazisindən uzaq sahillərdə işlənilən Luiziananın fransız dili özünəməxsus inkişaf etmiş, qadağalara və çərçivələrə baxmayaraq bu ərazidə qorunux saxlanılmışdı. Günümüzdə tarixin imtahanlarından keçib bu günədək aktuallığını qorumuş bu dilin təbliği üçün müxtəlif təşəbbüslər irəli sürülür.
Sözügedən dil və mədəniyyət haqda xəbərdar olmaq istəyirsinizsə Fransız İnstitutu sizi Andre Belver (Lion 3 Jan Mulən Universitetinin Beynəlxalq əlaqələr və Politologiya fakültəsinin Beynəlxalq Frankofoniya ixtisası üzrə magistratura məzunu. Diplom işi «Luizianada fransız dili. Luizianada fransız dilinin inkişafında beynəlxalq təsirin amili ». ) tərəfindən İFA-da keçiriləcək konfransa dəvət Edir.
Konfrans fransızca baş tutacaq. Sual-cavab hissəsində fransız və azərbaycan dillərində sual vermək mümkün olacaq.
Cümə günü 20 oyun saat 19.00-da.
Fransız İnstitutunun məkanında.