ADA Universitetinin ənənəvi Beynəlxalq Festivalında iştirak
ADA Universitetinin 13-cü Beynəlxalq Festivalı zamanı səfirlik, Fransız İnstitutu və Campus France 47 stend arasında yer almışdı.
Bu tədbir, ziyarətçilərə xüsusilə hazırlanmış şirniyyatlar vasitəsilə Fransız mədəniyyəti haqqında daha çox məlumat almaq və Fransanın Azərbaycanda həyata keçirdiyi mədəni və təhsil fəaliyyətlərini (tədbirlər, fransız dili kursları, Fransız İnstitutunun kitabxanası, təqaüdlər və təhsil imkanları) təqdim etmək imkanı yaratdı.
Mədəniyyətlərarası kommunikasiya təşviqi məqsədi daşıyan bu tədbirə dəvət üçün ADA Universitetinə dərin təşəkkürümüzü bildiririk.