VILLAGE FRANÇAIS 2025
!! 13 İYUN TARİXİNDƏN ƏVVƏL QEYDİYYATDAN KEÇİN !!
VILLAGE FRANÇAIS 2025
Tarix : 30 iyun saat 9.00-dan 4 iyul saat 12.00-dək
Məkan: Bakı
Azərbaycanda fransız İnstitutu Azərbaycan fransız dili müəllimləri üçün 30 iyun – 4 iyul tarixlərində Village français ixtisasartırma təlimi keçirəcək. Qeydiyyatdan keçmək üçün bu formanı doldurmağınız xahiş olunur.
Bu il üçün aşağıdakı mövzular üzrə təlim keçmək üçün 3 qadın fransız təlimçi dəvət olunub :
- Sinifdə süni zəkanın istifadəsi
- Məktəblilərlə ətraf mühit çağırışları üzərində işləmək
- Şifahi nitqin mükəmməlləşdirilməsi
Dəvət olunan təlimçilərin siyahısı :
Diakha SIBY, fransız dilinin xarici dil kimi tədrisində süni zəkanın istifadəsi üzrə ixtisaslaşmış təlimçi : https://www.diakhasiby.com/
Airelle PASQUET, təlimçi və dərsliklərin müəllifi (Edito 2 dərsliyinin həmmüəllifi) : www.linkedin.com/airelle-pasquet
Florence DAVION, fransız dilinin xarici dil kimi tədrisi üzrə təlimçi : www.linkedin.com/in/florence-davion
- Təlimin iştirakçıları arasında Fransaya iki həftəlik səyahət oynanılacaq.
- Bakıda qonaqlama mərkəz tərəfindən qarşılanmayacaq.
Yerlər məhdud olduğundan formda göstərilən məlumatları 13/06/2025 tarixinədək doldurmağınızı xahiş edirik ! Bu məlumatlar iştirakçıları seçmək üçün zəruridirlər. Diqqət, təlim yalnız fransız dili müəllimləri üçündür.
Daha ətraflı məlumat üçün : 012 490 81 16 nömrəsi ilə əlaqə saxlaya və ya fle@ifa.az elektron ünvanına yaza bilərsiniz.
DELF-DALF imtahan ekspertləri üçün sertifikatlaşdırma kursu.
Village français ilə yanaşı 1-5 iyul tarixlərində DELF-DALF imtahan ekspertləri üçün sertifikatlaşdırma kursu da keçiriləcək. IFA bu kurs üçün namizədləri özü seçəcəkdir. Buna baxmayaraq həvəs və marağınız olduğu təqdirdə CV və motivasiya məktubunuzu fle@ifa.az elektron ünvanına göndərə bilərsiniz.