"L'art en classe de FLE" (dərsdə incəsənət) adlı məktəb müəllimləri üçün təlim
İFA 21-23 aprel tarixlərində fransız dilini məktəblərdə tədris edən müəllimlərə təlim təklif etdiyi üçün fransız dili müəllimi Xanizadə Pərvanə xanıma bu təşəbbüs üçün öz təşəkkürünü bildirir. "L’art en classe de FLE" (dərsdə incəsənət) adlı 3 günlük pedaqoji təlimdə 15 fransız dili müəllimi iştirak etdi.
Təlimin keçirildiyi 3 gün əsnasında müəllimlər öz bilik və bacarıqlarını təkmilləşdirə və xarici dil tədrisində incəsənət mövzusuna necə toxunmağı öyrənə bildilər. Praktiki çalışmalar və fərdi mübadilə anları iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Sözügedən 3 təlim gününə müəllimlər ciddiyət, aktivlik və maraq göstərdilər.
Təlimin sonunda İFA-nın icraçı direktoru Jonathan ÜNLÜ tərəfindən iştirakçılara sertifikatlar təqdim edildi.
Bütünü iştirakçılara öz minnətdarlığımızı bildiririk !