MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“Fransa kino günləri” layihəsinin ilk nümayişi Rene Klemanın "Pişiklər" (1963) tammetrajlı bədii filmi ilə baş tutdu.

“Fransa kino günləri” layihəsinə Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşlığı ilə bu həftədən start verildi. Tədbirin ilk filmi Fransanın dahi aktyoru Alen Dölonun baş rolu ifa etdiyi Rene Klemanın "Pişiklər" (1963) tammetrajlı bədii filmi idi. 

 

Filmin nümayişinə gələn hər bir tamaşaçıya öz minnətdarlığımızı bildiririk! 

 

Növbəti nümayişlər :

 

Aprelin 22-də, rejissorlar Metyü Delaport və Aleksander de La Patelyenin ekranlaşdırdığı “Qraf Monte-Kristo (“Le Comte de Monte-Cristo”) (2024) filmi 

Aprelin 29-da rejissor Lui Malın “ Əlvida, uşaqlar” (“Au revoir les enfants”) (1987) filmi

Mayın 6-da rejissor Jorj Franjunun ekranlaşdırdığı “Simasız gözlər” (“Les yeux sans visage") (1959) tammetrajlı bədii filmi

 

Filmlər fransızca azərbaycan dilində alt-yazıları ilə təqdim olunacaq. 

 

Giriş mövcud yerləri nəzərə almaqla sərbəstdir. 

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow