MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Parcoursup müraciət platforması

Fransız ali məktəblərinə qəbul zamanı tələb olunan müsabiqələrdən uğur qazanmaq üçün təşkil olunan hazırlıq siniflərin və ya BTS (informatika, ticarət, turizm, bank işi…), BTSA, BTSM, eləcə də DCG diplomları üzrə ixtisas proqramlarının birinci kursuna qəbul üçün Parcoursup müraciət platforması açıq elan olunur.

15 yanvar 2025-ci il tarixindən etibarən siz Parcoursup platformasında qeydiyyatdan keçməli və müraciət dosyenizi yaratmalısınız. Daha sonra 13 mart 2025-ci il Paris vaxtı ilə saat 23:59-a qədər seçimlərinizi etməyə başlaya bilərsiniz. Xatırlatma : Parcoursup proseduru Campus France-ın klassik prosedurunu əvəz etmir, lakin yuxarıda qeyd olunan proqramlara qəbul üçün paralel olaraq fəaliyyət göstərir.

Bu üç illik proqramlar iqtisadi-ictimai, ticarət, mühasibatlıq, dayanıqlı inkişaf və innovasiya sektorlarında iş imkanlarına çatmağa imkan yaradır.

Ətraflı məlumat və müraciətlər üçün https://www.parcoursup.fr

 

paroursup azerbaidjan

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow