DİPLOM VƏ SERTİFİKATLAR

52-ci Anqulem Cizgi Romanları Festivalının qalibləri

Hər il Anqulem festivalı çərçivəsində cizgi romanları sənətinin inkişafına töhvə verdiyi üçün əcnəbi və ya yerli bir rəssama və ya ssenaristə mükafat verilir. Sözügedən və dünyaca ən məşhur və ən istənilən bu Qran Pri festivalın davam etdiyi 14 gün ərzində verilən yeganə mükafat deyildir. Kitab sektorunda ən nüfuzlu və ən vacib digər mükafatlardan  « Prix du meilleur album » (ən yaxşı cizgi roman) və ya « Fauve d’Or » adlı mükafatı ; « Les essentiels d’Angoulême », (Anqulemin ən vacibləri) kateqoriyasında 6 mükafatı ( ən yaxşı ilk cizgi romanı üçün « Révélation » mükafatı) və ya « Prix du patrimoine », (İrs mükafatı) fransız dilində dərc edən bir naşir üçün yenidən dərc edilən cizgi romanı və ya illər əvvəl dərc etmiş roman üçün mükafatı sadalamaq olar. 

 

Bu ilki ən mötəbər sayılan Fauve d'Or mükafatını fransalı rəssam Luz "Deux filles nues" (İki çılpaq qız) cizgi romanı üçün qazanıb. O, 7 yanvar 2015-də Parisdə Charlie Hebdo qətliamı zamanı sağ qalmış bir rəssamdır və bu silahlı hücumdan sonra cizgi romanları ilə məşğul olmağa başlamışdır. 

 

Digər mükafatlar 

 

SNCF xəfiyyə Fauve mükafatı :  Revoir Comanche de Romain Renard (Lombard)

Münsiflər heyətinin xüsusi mükafatı : Les météores, histoires de ceux qui ne font que passer de Tommy Redolfi (Delcourt) et En territoire ennemi de Carole Lobel (L’association)

Çoxhissəli roman mükafatı : Dementia 21 vol. 2 de Shintaro Kago (Huber)

Yeni kəşf mükafatı : Ballades de Camille Potte (Atrabile)

Gənclərin mükafatı : Retour à Tomioka de Michaël Crouzat et Laurent Galandon (Jungle)

İrs mükafatı : Come over come over de Lynda Barry (ça et là)

Məktəblilərin Fauve mükafatı : Contes de la mansarde d’Iris Pouy et Elizabeth Holleville (L’employé du moi)

Eko Fauve mükafatı : Vert de rage, les enfants du plomb de Sébastien Piquet et Martin Boudot (Michel Lafon)

Qran Pri 2025 : Anouk Ricard

fauve d or bakou

sncf bakou

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow