Luvr muzeyinin yeni İntibah dövrü
Fransa Respublikasının Prezidenti 28 yanvar tarixində Luvr muzeyini bu qurumun yenidənqurma işlərini elan etmək üçün ziyarət edib. Dünyanın ən yaşlı muzeyi üzərində son dəfə 1980 – cı illərdə bərpa və qurma işləri Fransua Mitteranın prezidentliyi dövründə baş tutmuşdur. Onun indiki halının sistemli dəyişikliyə ehtiyacı vardır.
İlk yaradılanda illik 4 milyon ziyarətçini qəbul etmə qüvvəsinə malik düşünülən dünyanın ən çox ziyarət edilən milli dəyəri hazırda iki dəfə artıq ziyarətçini qəbul edir.
Əsrimizin qabaqcıl çağırışlarına cavab vermək, insan kütləsinə keyfiyyətli təcrübə bəxş etmək və muzey sarayının bərpa tələbatını qarşılamaq üçün bu yenidənqurma işləri labüddür.
Yeni Böyük Luvr layihəsinin strategiyası müxtəlif istiqamətləri nəzərə alaraq inkişaf etdiriləcək:
- İnsan axınını sabit şəkildə qoruyub saxlamaq üçün beynəlxalq memarlıq müsabiqəsi vasitəsilə yeni böyük muzeyə giriş layihəsi;
- Metropolisin daxilində təmiz hava adacıqları rolunu oynayan Carrousel və Tuileries bağlarının restavrasiyası;
- Dördbucaq həyətin altında (la cour Carrée) şərq-qərb istiqamətini əhatə edəcək geniş yeraltı piyada məkanları;
- Digər muzey eksponatlarından fərqli məkanda nümayiş etdiriləcək Mona Liza ya özək məkan;
- İnkişaf istiqamətləri əsasən xidmət şəbəkələrinin restavrasiyasını, incəsənət kolleksiyalarının təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasını, muzeyə ziyarətin əl çatanlığını ( fiziki məhdudiyyətli insanları nəzərə almaqla) və muzey işçilərinin iş şəraitini yaxşılaşdırılmasını özündə əks etdirəcək;
- Siniflərin muzeyə səfərlərini artıraraq illik 900 000 şagirdə çatması təmin olunacaqdır. Bu səfərlər zamanı şagirdlərə yüksək səviyyəli mədəniyyət və incəsənət təhsili veriləcəkdir.
Luvr muzeyi Fransa üçün tarixi mədəni irs və dünya miqyasında ölkənin nüfuzu üçün vacib bir qurumdur.