MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Azərbaycanlı gənc kadrlar üçün İNSP-də (keçmiş ENA) təlim təklifi

Fransa Səfirliyi bu il də gənc azərbaycanlı kadrları (dövlət qulluqçuları, dövlət şirkətlərinin rəhbərləri və ya qeyri-hökumət təşkilatlarının nümayəndələri) üçün INSP-də (Milli Dövlət Xidməti İnstitutu, keçmiş ENA) qısamüddətli təlim təqaüdləri təklif edir.

 

Parisdə bir həftə fransız və ingilis dillərində keçirilən bu təlimlər administrasiya və idarəetmə sahələrində aşağıdakı mövzuları əhatə edir :

 

Tarix

Təlimin adı

Dil

Format

12-16 may

Avropa İttifaqı standartlarının tətbiqi və tərəfdaş ölkələrlə əlaqələr

Fransız

Paris

12-16 may

Dövlətin insan resurslarının idarə edilməsi

Fransız

Paris

2-6 iyun

Vergi və gömrük resurslarının səfərbər edilməsi

Fransız

Paris

16-20 iyun

İctimai fəaliyyətin rəqəmsal transformasiyasını idarə etmək

Fransız

Paris

30 iyun-4 iyul

Qadın idarəçilər: liderlik və iş yerində bərabərlik

İngilis

Paris

22-26 sentyabr

Liderlik və idarəetmə: dövlət administrasiyalarının transformasiyası

İngilis

Paris

29 sentyabr – 3 oktyabr

Avropa ittifaqı daxilində və onunla danışıqlar: Avropa iqtisadi diplomatiyası

İngilis

Paris

13-17 oktyabr

Şəhərlərin idarə edilməsi və davamlı inkişaf

İngilis

Paris

20-24 oktyabr

Qlobal risklər, böhranların idarə edilməsi, strateji məsələlər və ortaya çıxan suallar

Fransız

Paris

3-7 noyabr

Dövlət siyasətini hazırlamaq, idarə etmək və qiymətləndirmək

Fransız

Paris

17-21 noyabr

Korrupsiyaya qarşı mübarizə aparmaq

Fransız

Paris

19-21 noyabr

Mədəniyyətlərarası kommunikasiya və vəziyyətə uyğun təfəkkür

İngilis

Paris

1– 5 dekabr

Doplomat peşəsinin yeni praktikaları

Fransız

Paris

1– 5 dekabr

Avropa və beynəlxalq səviyyədə böhranların idarə edilməsi

İngilis

Paris

 

 

Müraciət edənlərin sənədləri ən geci 14 mart 2025-cü il tarixinə qədər Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət şöbəsinə (Rəsul Rza küçəsi 9, AZ 1000) və ya scac.bakou-amba@diplomatie.gouv.fr mail ünvanına göndərilməli və aşağıdakı kimi tərtib edilməlidir:

 

-       CV (fransız və ya ingilis dilində);

-       Namizədin istədiyi təlimi təqdim edən motivasiya məktubu (fransız və ya ingilis dilində);

-       İşəgötürənin imzaladığı iş haqqında arayış;

-       Ən az B2 və ya B1 səviyyəsində fransız dili (DELF və ya TCF) və ya B2 səviyyəsində ingilis dili (TOEFL, IELTS) sertifikatı.

 

Səfirlik tərəfindən seçilən namizədlər seçim müsahibəsi üçün Səfirliyə dəvət olunacaqlar. Daha sonra, seçilən namizədlərin dosyaları son qərar üçün INSP-yə göndəriləcəkdir. 

 

Namizədlərin yaşı 45-dən yuxarı olmamalıdır, ən azı üç il iş təcrübələri və ən azı dörd illik ali təhsilləri olmalı və onlar mütləq, seçilmiş təlimə əsasən, fransız və ya ingilis dilində danışmalı və başa düşməlidirlər.

inspsp

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow