MyFrenchFestival yenidən qarşınızda !
100% onlayn fransızdilli film festivalı MyFrenchFilmFestival 17 fevral 2025-ci il tarixinədək 15-ci buraxılışı ilə qayıdır. Bu, dünyanın hər yerindən, xüsusən də Azərbaycandan olan kino həvəskarları üçün evdən çıxmadan ən yaxşı fransızdilli filmləri kəşf etmək üçün unikal imkandır.
İndicə təqdim olunan seçimə 20 film daxildir. Azərbaycandan müasir kinonun zəngin və rəngarəng panoramasını əks etdirən 7 tammetrajlı filmə və müxtəlifliyi, cəsarət və yaradıcılığı birləşdirən 10 qısametrajlı filmə, o cümlədən gənc tamaşaçılar üçün dialoqsuz 1 qısametrajlı animasiya filminə baxa bilərsiniz.
MyFrenchFilmFestival xüsusi platforma və təxminən əlli tərəfdaş platforma vasitəsilə 200-dən çox regionda mövcud olan fransızdilli kino üçün beynəlxalq vitrindir. Bu il proqrama daxil olan bütün filmlər orijinal fransız dilində və ya səkkiz dildə subtitrlərlə təqdim olunacaq.
Fransız kinosunun bir ay davam edən bayramından həzz alın!
MyFrenchFilmFestival Fransa kinosu və audiovizual materialının xaricdə təbliğinə cavabdeh olan UniFrance tərəfindən təşkil olunur.