Beynəlxalq Fransız dili Müəllimləri günü, Fransa səfirliyində ziyafət
Noyabrın 27-də Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon “Fransız dilli məşəlinin daşıyıcıları, çempionlar!” ruhlandırıcı mövzusunda 21 noyabrda qeyd olunan Beynəlxalq Fransız dili Müəllimləri günü münasibətilə Fransa iqamətgahında Azərbaycandakı fransız dili müəllimlərini qəbul edib. Bu tədbir fransız dilini və mədəniyyətini şagirdlərinə və tələbələrinə ötürən müəllimlərin əzmini, həvəsini və müstəsna əməyini alqışlamaq üçün bir fürsət oldu.
Həmin axşam həm də 132-133 nömrəli məktəbin müəllimi Səadət Hacıyeva, fransız dilinin tədrisi və təşviqi istiqamətində göstərdiyi fəaliyyətinə görə Akademik Palma ordeninin Zabit dərəcəsi ilə təltif edildi. Bu layiqli fərqlənməyə görə Səadət xanımı təbrik edirik!
Fransız dilinin və mədəniyyətinin yayılmasına dəyərli töhfələrinə görə bütün fransız müəllimlərinə təşəkkür edirik. Siz frankofoniyanın əsl çempionlarısınız.