Fransa Bakı Caz Festivalının diqqət mərkəzində
Oktyabrın 17-dən 27-dək keçiriləcək Bakı Beynəlxalq Caz Festivalı münasibətilə Fransa Səfirliyi və Azərbaycan Fransız İnstitutu müasir cazın iki əfsanəsi Paco Séry və Linley Marthe-ın gəlişini elan etməkdən məmnundur.
Çoxsaylı Grammy mükafatı laureatları olan hər iki musiqiçi oktyabrın 19-da Jolly Joker-də keçiriləcək qala-konsertində Rain Sultanov və digər azərbaycanlı musiqiçilərlə birgə çıxış edəcəklər.
Paco Séry əksər hallarda "dünyanın ən yaxşı nağaraçısı" hesab edilir və caz-füzyon nağaraçısı və zərb aləti ifaçısıdır. Linley Marthe dünya şöhrətli caz bəstəkarı, aranjimançı və gitara ifaçısıdır.
Bilet üçün : iticket.az
Cazz festivalının proqramı üçün : www.bakujazzfestival.com