Animafilm, Beynəlxalq Animasiya Festivalı
Fransa Səfirliyi və Fransız İnstitutu 6-cı ildir ki, Animafilm festivalına dəstək olmaqdan məmnundur!
“Üzünü Sevgiyə Çevir” mövzusunda olan bu yeni buraxılış, Azərbaycan və beynəlxalq cizgi filminin ən yaxşı nümunələrini əks etdirən müxtəlif və innovativ proqramla hər kəsi sevindirməyi vəd edir.
Hər il olduğu kimi, bu il də Fransa səfirliyi “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” nominasiyasının qalibini, animasiya dünyasının ən böyük tədbiri olan 2025 Annecy festivalına göndərməklə mükafatlandıracaq.
Afişada, fransız dilində:
Chiara Malta və Sébastien Laudenbach - "Linda toyuq istəyir".
César 2024 ən yaxşı cizgi filmi və bir çox başqa mükafatların qalibi
Çərşənbə 2 oktyabr saat 17:00.
Azərbaycan kinoteatrı
Alain Ughetto - "İtlərə və italyanlara qadağandır" 5 oktyabr şənbə, saat 14:30.
Azərbaycan kinoteatrı
Bilet üçün: https://tripsome.az/az/operator/animafilm
Ətraflı məlumat: https://anima.az/az/animafilm/