MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa hökumətinin 2024-2025 tədris ili üçün Azərbaycanlı təqaüdçüləri

2023-2024-cü təhsil ilində Fransada əvvəlki ilə nisbətən 4,5% artırımla ümumilikdə 430 466 əcnəbi tələbə təhsil aldı ! 

 

Bu, Fransanın əcnəbi tələbələrin ən çox üz tutduğu ölkələr sırasında qaldığının sübutudur.

 

Biz ildən-ilə Azərbaycan gənclərinin Fransada təhsil almağa olan marağının artdığını görürük. Vahid platforma olan Études en France platformasının yaradılması Fransada təhsil proqramlarına müraciət prosesini asanlaşdırıb.  Azərbaycan-Fransız Universitetinin mövcudluğu da bu mövzuda mühüm faktordur.

 

Bu tədris ili üçün 6 azərbaycanlı tələbə xüsusilə Fransa hökumətinin təqaüdünü (Bourse du Gouvernement Français) qazanıb. Onlar Fransanın Paris, Strazburq, Nant və digər şəhərlərində təhsillərini davam etdirəcəklər. Bu kimi digər təqaüd proqramları da bir çox azərbaycanlı tələbələrə Fransada təhsil almağa imkan yaradıb (Fransa Səfirliyi ilə Total Energie şirkətinin birgə proqramı, SSHN doktorantları üçün təqaüd və s.).

 

Fransanı seçdikləri üçün bütün istedadlı tələbələrə təşəkkür edirik və hamıya tədris ilində uğurlar arzulayırıq!

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow