MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Azərbaycan fransız dili müəllimlərinin fəaliyyətlərini dəyərləndirmək məqsədilə ərsəyə gəlmiş bir layihə

Fransız dili müəllimlərinin fəaliyyətini dəyərləndirmək məqsədilə 2024-cü ildə Azərbaycanda Fransız İnstitutu İnstagram müsabiqəsi formatında bir layihəyə imza atmış oldu. Layihənin əsasında müəllimlərin sosial şəbəkə üzərində öz fəaliyyətləri və fransız dilini işıqlandırmaq dururdu. 12 həftə müddətində keçirilən müsabiqədə ümumilikdə 58 müəllim iştirak etmiş və 1700 paylaşım edilmişdir. 

 

Müsabiqənin 15 qalib müəllimini təyin etmək üçün münsiflər heyətinin üzvləri IFA-nın İcraçı direktoru və Village français ( UFAZ-ın məkanında 100 fransız dili müəllimi üçün təşkil olunmuş pedaqoji təlim) üçün Bakıya dəvət olunmuş ekspertlər bir neçə dəfə bir araya gəliblər. Qalibin seçilməsi üçün əsas götürülmüş meyarlar paylaşımların orijinallığı, miqdarı, səhifənin ümumi izləyicilərinin miqdarı və paylaşımlara gələn bəyənmələr idi (bəyənmə, şərh).

 

Bundan savayı, Village français 2024 tədbiri çərçivəsində « Les Elles du Sport » (« İdmanın qadın səsləri ») sərgisindən (sərgi Nis şəhəri Milli İdman muzeyinə aiddir) ilhamlanmış müsabiqə keçirildi və müsabiqədə iştirak etmiş müəllimlər arasında püşkatma yolu ilə Fransaya pedaqoji təlimdə iştirak etmək üçün səyahət etməyə əlavə 2 nəfər də seçildi. Ümumilikdə Fransaya səyahət üçün 17 müəllim seçildi və onlara Montpellier şəhərində LSF dil məktəbində xüsusi proqramla həm pedaqoji həmçinin dil inkişafına yönəlmiş dərslər təklif olundu. Müəllimlərin Fransanın Montpellier şəhərində yerləşmələri fransız ailələri tərəfindən təmin olundu. 

 

Təlimin ilk həftəsində iştirakçılar iş mühitində qadın-kişi bərabərliyi və işgüzar qadın mövzsuna dair konfransda iştirak etdilər. Konfrans Montpellier şəhərinin Tropisme məkanında təşkil olunub. 

 

Ilk öncə tərəfdaşlarımıza sonra isə Azərbaycan fransız dili müəllimlərinə fransız dilinin tədrisində oynadıqları mühim rola görə təşəkkürümüzü bildiririk. 

 

Qaliblərin siyahısı : 

Pəncəliyeva Aygün - Özəl tədris məkanların birində fransız dili müəllimi

Cəfərova Aytən - Azərbaycan Pedaqoji Universitetinin və İFA-nın müəllimi

Zeynalabdinova Brilyant - Bakı şəhəri 239 nömrəli tam orta məktəb

Allahverdiyeva Gülnarə - Bakı fransız liseyi

Vəkilova Jalə - Bakı Slavyan Universiteti

Xaspoladova Cəmilə - Azərbaycan Dillər Universiteti

Quliyeva Lətafət - Bakı fransız liseyi

Səfərova Mələk - Özəl tədris məkanların birində fransız dili müəllimi

İsmayılova Mətanət - İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəbi

Rəhmanova Nəzrin - Azərbaycan Dillər Universiteti

Məmmədli Qumral - İsmayıllı rayonu Mollaisaqlı kənd tam orta məktəbi və Bakı şəhəri Dünya məktəbi

Şirinov Ramazan - İsmayıllı rayonu Aşağı Zarnava kənd tam orta məktəbi

Quliyeva Rəna - Landau məktəbi

Hüseynovsa Rühəngiz - Özəl tədris məkanların birində fransız dili müəllimi

Səlimova Sədaqət - Bakı Slavyan Universiteti

Həsənova Salatın - Özəl tədris məkanların birində fransız dili müəllimi

Qurbanova Zemfira - Dövlət İmtahan mərkəzi 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow