Yer elmləri və ətraf mühit problemlərinə toxunan CASPİSNET forumunda fransız alimlərinin çıxışı
“Xəzər hövzəsi keçid dövründə, yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” konfransı 2024-cü il iyunun 3-dən 6-dək Bakıda keçiriləcək. Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda fransız İnstitutu bu layihənin 2019-cu ildən rəsmi tərəfdaşıdırlar.
Xəzər hövzəsində ekoloji dəyişikliklər və çağırışlar mövzusunda keçirilən bu beynəlxalq konfransda müxtəlif sahələrdən olan yüzə yaxın alim və tədqiqatçı, o cümlədən professor Suzanne Leroy (Aralıq dənizi İnsan Elmləri Mərkəzi) və Rennes Universitetindən professor Philippe Boulvet iştirak edəcək.