MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Xəzər hövzəsində baş verən dəyişikliklərə həsr olunmuş illik “Caspisnet” seminarının açılışı (5 iyun 2023-cü il, ADA)

İyunun 5-də ADA Universitetində Fransa səfirinin iştirakı ilə “Caspisnet” illik beynəlxalq elmi seminarının açılışı olub. Fransanın Azərbaycandakı səfirliyi bu elmi və ekoloji forumun təsisçi tərəfdaşıdır.

 

"Caspisnet" inteqrasiya elmi şəbəkəsi Xəzər hövzəsində multidissiplinar və kooperativ şəkildə işləyir, yaranan bir çox ekoloji problemin həlli yollarını tapmaq və sahilyanı ölkələri məlumatlandırmaq üçün işlərini və ekpertizalarının nəticələrini birləşdirir. Caspisnet region ölkələrindən olan ekspertləri, o cümlədən avropalı, xüsusən fransız tədqiqatçıları, Fransanın ali təhsil müəssisələrinin müəllimlərini və ya məzunlarını bir araya gətirir.

 

Bu il, seminara sədrlik edən Prof. Alexandre Hedjazi, Caspisnet-in həmtəsisçiləri Prof. Suzanne Leroy (Aralıq dənizi İnsan Elmləri Mərkəzi) və Jean-François Crétaux (Milli Kosmik Tədqiqatlar Mərkəzi), eləcə də Prof. Jon Marco Church iştirakçı oldular.

 

Doktor Hedjazidən sonra çıxış etməyə dəvət olunan Fransa səfiri xanım Ann Buayon, Xəzər dənizinin mühafizəsi ilə bağlı problemlərin vacibliyini vurğulayaraq, Fransa səfirliyinin tədqiqat və ekologiya lehinə həyata keçirdiyi tədbirləri qeyd etdi. O, həmçinin Fransız-Azərbaycan Universitetinin (UFAZ) bu məsələlərlə bağlı gördüyü işləri və səfirliyin 2019-cu ildən tərəfdaş kimi Caspisnet-ə verdiyi dəstəyi xatırlatdı.

 

Bu görüş zamanı bir neçə digər qonaq canlı və ya videobağlantı vasitəsilə çıxış etdi. Xüsusilə, professor Suzanne Leroy, professor Elnur İbrahimov, Dr. Andrey Kostianoy, Azərbaycan Respublikasının Cenevrədəki Birləşmiş Millətlər Təşkilatı yanında səfiri cənab Qalib İsrafilov, Azərbaycan Respublikasının İsveçrədəki səfiri cənab Fuad İsgəndərov və cənab Əhməd Avadi çıxış etdilər.

 

Seminar 4 gün ərzində keçiriləcək və bir çox ekspert və tədqiqatçılara Xəzər hövzəsi, onun təkamülü, idarə olunması və mühafizəsi haqqında öz işlərini və fikirlərini bölüşmək imkanı verəcək.

 

Caspisnet üzvləri Azərbaycanda və dünyada ekoloji problemləri müzakirə etmək üçün Fransanın Azərbaycanlı Məzunları Assosiasiyası (AAAF), Fransız-Azərbaycan Universiteti (UFAZ), Fransa səfirliyi və Fransız İnstitutunun təşkilatçılığı ilə iyunun 6-da UFAZ-da keçiriləcək İdeyalar Gecəsinə dəvət olundular.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow