MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Məzunların  İdeyalar  Gecəsi iyunun 6-da saat 18:30-da UFAZ-da

İyunun 6-da saat 18:30-da Azərbaycan Fransız Universiteti (UFAZ), Fransanın Azərbaycanlı Məzunları Assosiasiyası (AAAF), Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu UFAZ-da  “Məzunların  İdeyalar  Gecəsi” adlı tədbir təşkil edir. Bu il konfransın mövzusu belə olacaq: “Daha çox? ".

 

Açılışı UFAZ-ın direktoru cənab Vazeh Əsgərov və Fransanın Azərbaycandakı səfiri xanım Anne Boillon tərəfindən həyata keçiriiləcək tədbirdə Fransadan, eləcə də Fransa və Azərbaycan universitetlərinin azərbaycanlı məzunlardan ibarət  bir qrup iqlim problemlərinin müzakirəsi üçün bir araya gələcək.

Konfrans kokteyl ilə davam edəcək.

 

Konfransın dili : fransız və ingilis dili (Azərbaycan dilinə sinxron tərcümə ilə)

 

Giriş sərbəstdir.

nuit des idees

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow