MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

”Frankofoniya kinosu” silsiləsindən: “À plein temps” (2021) (“Tam iş günü”) ingilis dilində alt yazılarla cümə axşamı, 20 aprel, saat 19:00-da Landmark Cinemada

”Frankofoniya kinosu” silsiləsindən: “À plein temps” (2021) (“Tam iş günü”) ingilis dilində alt yazılarla cümə axşamı, 20 aprel, saat 19:00-da Landmark Cinemada

Sizi, 2023-cü il Frankofoniya mövsümü münasibətilə növbəti fransız filmini kəşf etməyə dəvət edirik: Rejissoru Erik Qravel olan və 2021-ci ildə Venisiya film Bienalesində 78 –ci Mostra festivalında ən yaxşı rejissor və ən yaxşı aktrisa titulu ilə taclandırılan və baş rolunu Lor Kalaminin canlandırdığı “À plein temps” (“Tam iş günü”) filmi.

 

Erik Qravelin böyük formal ambisiyaya malik olan bu filmi, qatar, xadiməçilik və uşaqları arasında qaçan Lor Kalaminin canlandırdığı bir mübariz ananın tənhalığını nümayiş etdirir.

Bu bədii film 20 aprel cümə axşamı saat 19:00-da Bakı şəhəri, Nizami küçəsi, 90a ünvanında yerləşən Landmark Cinemada  nümayiş olunacaq.

Alt-yazıları : ingiliscə

 

Mümkün yer sayına görə, giriş sərbəstdir.  

 

Sinopsis :

Jüli iki uşağını kənddə böyütmək və Parisdə bir sarayda işini davam etdirmək üçün təkbaşına mübarizə aparır. Nəhayət, istəklərinə uyğun bir iş üçün müsahibəyə dəvət olunduqda, nəqliyyatı iflic edən ümumi tətil başlayır. Jüli-nin bütün kövrək tarazlığı pozulur. O isə batmaq riski ilə çılğın bir yarışa çıxacaq.

à plein temps

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow