MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Jan Lük Qodarın "À bout de souffle" filminin 6 aprel cümə axşamı günü Frankofoniya 2023 münasibətilə Landmark Cinema-da nümayişi

Cümə axşamı 6 aprel tarixində Landmark kinozalında #Frankofoniya mövsümünün ilk filmi olan, Jan-Lük Qodarın « A bout de souffle » filmi nümayiş olundu. 

 

Tədbiri, Fransa səfirliyinin Əməkdaşlıq və Mədəniyyət müşaviri, Institut Français d'Azerbaïdjan direktoru cənab Şarl Dönie açdı və çoxsaylı frankofon tamaşaçının iştirakından məmnun olduğunu ifadə etdi. 

 

Frankofoniya mövsümünün bütün tərəfdaşlarına, xüsusən də Landmarka, bu tədbiri belə şən və fransızdilli atmosferdə keçirilməsini dəstəklədiklərinə görə təşəkkür edirik. 

 

Xatırladaq ki, aprel ayının hər cümə axşamı saat 19:00-da Landmark kinozalında fransızdilli filmlərin nümayişi davam edəcək.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow