MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Azərbaycan animasiya filmi Annesy festivalında diqqət mərkəzindədir

Rejissor Nəzrin Ağamaliyevanın çəkdiyi “Hadis” animasiya filmi iyunun 11-dən 17-dək Fransada keçiriləcək Annesi Beynəlxalq Animasiya Filmləri Festivalının rəsmi müsabiqəsində seçilib.

“Hadis” filminin Annesi festivalında müsabiqədə iştirakı Azərbaycan kino sənayesinin inkişafı və çiçəklənməsində mühüm mərhələdir.

Bu qısametrajlı animasiya filmi 22 yaşlı azərbaycanlı Hadis Nəcəfinin xatirəsinə və İranda və dünyada ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə aparan bütün insanlara həsr olunur. Məlumat üçün bildirmək istərdik ki, Hadis Nəcəfi 2022-ci ilin sentyabrında İran polisi tərəfindən qətlə yetirilib və o vaxtdan müqavimət simvoluna çevrilib.

Fransa Səfirliyi və Azərbaycan Fransız İnstitutu bir neçə ildir ki, Azərbaycan kino sənayesinə, xüsusən də səfirliyin əsas tərəfdaşlarından biri olduğu ANIMAFIL animasiya festivalına dəstək verir. Hər il ANIMAFIL festivalı münasibətilə Səfirlik, qalibə Annesi Beynəlxalq Animasiya Filmləri Festivalına səyahət və akkreditasiya imkanı verən “ən yaxşı Azərbaycan qısametrajlı filmi üçün mükafat” verir. Ən son qalib olan gənc rejissor Ülviyyə Məmmədova tezliklə Animasiya Festivalı üçün Annesi şəhərinə səfər edəcək.

https://www.annecyfestival.com/

animafilm.az

hadis

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow