MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

DALF C1 imtahanına intensiv hazırlıq təlimi 2023-cü ilin aprel ayı

Azərbaycanda Fransız İnstitutu 2023-cü ilin aprel ayında DALF C1 imtahanına intensiv hazırlıq təlimi təşkil edəcək. 

 

15 dərs saatından ibarət bu təlim aşağıdakı məqsədlərə uyğun olaraq qurulub :

-       İmtahanla ümumi tanışlıq ;

-       4 hissədən ibarət imtahana metodoloji baxımdan yanaşma ( yazılı və şifahi anlama və yazılı və şifahi ifadə ); 

-       DALF C1 imtahanının sınaq versiyasında iştirak ; 

-       İmtahan nəticələrinin şərhli izahatı ; 

-       İmtahana fərdi şəkildə hazırlığı yüngülləşdirmək üçün müxtəlif mənbələrlə tanışlıq.

 

Dərs saatları : 2 mövcud seçim (qeydiyyat zamanı istəkləri nəzərə almaqla)

1.     Axşam dərsləri

2.     Gündüz dərsləri 

Hər iki halda, hər biri 2 saatdan ümumilikdə 5 dərs + 5 saat davam edəcək sınaq imtahanı ( cəmi 15 saat )

Sınaq imtahanının tarixi : çərşənbə günü 12 aprel 2023 

 

Qiymət : 150 azn

 

Qeydiyyat şərtləri : 

-       Yerlər məhduddur (10 nəfər) ;

-       Bütün şərtlərə cavab verən namizədlər nəzərə alınacaq ;

-       Sözügedən təlimdə iştirak hər hansı bir diplomla nəticələnməyəcək, əsas imtahandan uğurla keçməyə zamin yaradacaq ;

-       Qeydiyyatdan keçdiyiniz təqdirdə təlimin sonunadək iştirakı öhdəliyinizə götürürsünüz ;

-       Son qeydiyyat tarixi : çərşənbə günü 29 mart 2023.

imtahana hazirliq

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow